EN

İsrail qüvvələri Suriyanın bu kəndini ələ keçirdi

İsrail qüvvələri Suriyanın cənubundakı Kuneytra əyalətinə daxil olaraq, Əs-Samdaniya yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun mexanikləşdirilmiş patrulu kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə mülki avtomobildə axtarış aparıb.

Telekanalın məlumatına görə, sentyabrın 19-u axşam saatlarında dörd zirehli maşından ibarət kortej Suriyanın cənubundakı Dəra əyalətində reyd keçirib.

Chosen
28
2
bakivaxti.az

3Sources