EN

Goranboyda qadın öldürülüb - saxlanılan var

Goranboyda qətl hadisəsi baş verib.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.

Chosen
22
13
olke.az

10Sources