EN

Xəzərin “qəlbində” unudulan ada: Dalğalarla mübarizədə tək qalan torpaq (VİDEO)

Xalq arasında Kurkosa, Kurkas, Kurkasan adları ilə tanınan Kürdili hazırda Azərbaycanın ən böyük adası hesab olunur. O Kür çayının deltası ərazisində – Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir.
Tribunainfo.az PhotoStock.az-a istinadən xəbər verir ki, Neftçala şəhərindən 33 km, Bakının isə 150 km cənubunda yerləşən ada əvvəlcə yarımada olub. Lakin 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması səbəbindən quru ilə əlaqə kəsilib. Həmin vaxt Neftçala və Lənkərandan adaya aparan torpaq yollar dağılıb.
Əvvəllər sahəsi 43 kvadratkilometr olan Kürdili hazırda 25,5 kvadratkilometrə qədər kiçilib. Mütəxəssislər deyirlər ki, Xəzərin səviyyəsindəki qalxma və enmələr ada ilə quru arasındakı məsafənin dəyişkən olmasına səbəb olur.
PhotoStock.az-ın adadan hazırladığı videoreportajı təqdim edirik:
Chosen
19
3
tribunainfo.az

4Sources