Avstobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə xəstəxananın həkimi Fuad Rzayev deyib.
O bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Xəsarətlər əsasən bud-çanaq sınıqları, (neyrocərrahi problemlər ) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir.
18:44
Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.
Xezerxeber.az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
17:35
Naxçıvanda ağır qəza baş verib, 15-dən çox yaralı var.
Xezderxeber.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.