EN

Qəzzada son 24 saatda ölənlərin sayı 60-ı keçdi

İsrailin Qəzza şəhəri və ətrafına endirdiyi zərbələr nəticəsində son 24 saatda ölənlərin sayı 60-ı keçib.

Bu barədə “Al Mayadeen” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb.

Nazirliyin məlumatına görə, yaralananların sayı 200 nəfərə çatıb.

2023-cü ilin oktyabrından Qəzza zolağında ölənlərin sayı 65 min 208 nəfərə çatıb, yaralananların sayı isə 166 min nəfəri keçib.

Zolağın daha 442 sakini, o cümlədən 147 uşaq aclıqdan ölüb.

“Maan” agentliyinin məlumatına görə, son 48 saat ərzində 270 mindən çox sakin Qəzzanı tərk edərək, humanitar zonanın yaradıldığı əl-Məvasi, həmçinin anklavın cənub hissəsindəki Rəfah və Xan Yunis bölgəsinə gedib.  

Agentliyin məlumatına görə, mühasirədə olan şəhərdə azı 900 min nəfər qalıb. \\Yeniavaz.com 

Chosen
19
1
hurriyyet.az

2Sources