Misli Premyer Liqasının 5-ci turunda "Sabah" "Turan Tovuz"la üz-üzə gəlib.
“İki sahil”in məlumatına görə, saat 19.30-da başlayan yarışın 56-cı dəqiqəsində Velko Simiç hesabı açıb. 90+7-ci dəqiqədə isə Pavol Şafranko penaltini dəqiq yerinə yetirərək “bəyquşların” qələbəsini rəsmiləşdirib.
Misli Premyer Liqası,
5-ci tur
20 sentyabr
19:30. “Sabah” 2–0 “Turan Tovuz”
Qollar: Velko Simiç, 56 (1-0), Pavol Şafranko, 90+7 – pen. (2-0)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
“Bank Respublika Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”