EN

KİV: Aİ “Drujba” kəməri ilə Rusiya neft tədarükünü məhdudlaşdırmaq istəyir

KİV: Aİ “Drujba” kəməri ilə Rusiya neft tədarükünü məhdudlaşdırmaq istəyir

Avropa İttifaqı Rusiya neftinə ticarət məhdudiyyətləri tətbiqini nəzərdən keçirir

AFN.az xəbər verir ki, Avropa İttifaqı Rusiya neftinin Macarıstan və Slovakiyaya “Drujba” kəməri ilə tədarükünə ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Bildirilir ki, bu planlar 19-cu antirusiya sanksiyaları paketinə daxil deyil və əsasən Rusiya qazı (SPG) və “kölgə donanması” adlandırılan neft tankerlerini əhatə edəcək.

Agentlik qeyd edir ki, sanksiyalardan fərqli olaraq, ticarət tədbirləri, məsələn, gömrük rüsumları, Aİ-də sadəcə əksər ölkələrin dəstəyini tələb edir. Bu yolla Aİ ABŞ prezidenti Donald Trampın Rusiya energoresurslarından imtina çağırışını Budaş və Bratislava razılaşmasa belə yerinə yetirməyi planlaşdırır.

Bundan öncə avrokomissar Valdis Dombrovskis bildirib ki, yeni paket Rusiya neftinə məhdudiyyət tətbiq etməyəcək, yalnız SPG-ni əhatə edəcək. Aİ isə Rusiyanın bütün fosil yanacaqlarından imtina planını davam etdirəcək, amma konkret vaxt göstərməyib.

Avropa Komissiyası Rusiya SPG-dən imtinanı 2027-ci ilin əvvəlinə qədər təklif etmişdi ki, bu da əvvəlki plandan bir il tezdir.

Chosen
14
2
afn.az

10Sources