EN

Bir neçə dərmanı eyni vaxtda qəbul etmək təhlükəli ola bilər - DİQQƏTLİ OLUN

Bir çox yaşlı insan eyni anda bir neçə dərman qəbul edir, çünki müxtəlif xroniki xəstəlikləri olur. Lakin bu, ciddi fəsadlara səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Geriatr Paco Tarazona Infosalus-a açıqlamasında bunun təhlükəli nəticələr doğura biləcəyini bildirib.

Onun sözlərinə görə, söhbət yalnız həkim tərəfindən təyin olunan dərmanlardan getmir. Bitki mənşəli preparatlar, pəhriz əlavələri və özbaşına qəbul edilən dərmanlar da nəzərə alınmalıdır. Çünki bəzi dərmanların bir-biri ilə uyğun gəlməməsi ölüm riskini artırır.

Həkim xəbərdarlıq edib ki, belə hallarda psixi pozğunluqlar, yaddaş və diqqət zəifliyi, düşmə riski və hətta qəbizlik yarana bilər. Bundan başqa, bəzi dərmanların yan təsirləri digər preparatlarla “ört-basdır” edilə bilər ki, bu da “reseptlər kaskadı” adlanır.

Qeyd edək ki, farmakoloqlar isə bildirirlər ki, dərmanları su əvəzinə şirə, çay, qəhvə və ya südlə qəbul etmək düzgün deyil.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources