EN

İş yoldaşları arasında mübahisə qətllə bitdiVİDEO

Xaçmazda kəndlilər arasında mübahisə qanla bitib.

Xezerxeber.az sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Kənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, məlumata görə, Kənan bıçaqlanandan sonra maşına oturub özünü evə çatdırmaq istəyib, lakin gec olub.  Yaxınları bildirirlər ki, Emin Baxışov Kənan Cəbiyevlə bir yerdə işləyirmişlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Chosen
17
xezerxeber.az

1Sources