EN

İranın Milli Təhlükəsizlik Şurası MAQATE ilə əməkdaşlığı dayandırır

İranın Milli Təhlükəsizlik Şurası MAQATE ilə əməkdaşlığı dayandırır

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlıq dayandırılacaq.

AFN.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası (MTŞ) məlumat yayıb. Bildirilir ki, buna səbəb Aİ3 ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək məqsədi daşıyan hərəkətləridir.

“Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli üzrə planların təqdim edilməsinə baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən agentliklə əməkdaşlıq dayandırılacaq”, - deyə “Tasnim” xəbər agentliyi Şuranın bəyanatından sitat gətirib.

Chosen
37
4
afn.az

10Sources