EN

4,5 milyondan çox müraciət olub - DÇ-2026-ya baxmaq üçün

2026-cı il dünya çempionatının biletləri üçün öncədən satış zamanı 4,5 milyondan çox insan müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Turnirin digər iki ev sahibi ölkəsi olan Meksika və Kanada da çoxlu sayda ərizə təqdim edib.

FİFA konkret ölkəyə aid məlumatları açıqlamaqdan imtina edib. Satışlar hər oyun üçün adambaşına dörd bilet və bütün turnir üçün adambaşına 40 biletlə məhdudlaşır.

DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Chosen
8
sportinfo.az

1Sources