...Onun iddiasına görə, bu, rəqəmsal aktivlərin “dağılması” halında problemlərdən qaçmağa kömək edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Moskva danışır” radiostansiyasında çıxış edən Dövlət Dumasının deputatı qeyd edib ki, o, maral saxlamağı planlaşdırır.
...Hər şey dağılacaq, bütün rəqəmsal bitkoinləriniz, hər şey sona çatacaq və insanlar böyük sərvətlərini itirəcəklər.
Özlərini Moskva Siti qülləsinin pəncərələrindən atacaqlar. İnəkləri olanlar isə özlərini çölə atmayacaqlar, çünki südləri, kəsmikləri var və hər şey yaxşıdır. Mən şəhərdən kənarda yaşayıram və mən sadəcə maral saxlamaq istədim. Baxmayaraq ki, mən Murmansk bölgəsində maral seçmişdim və onun adını da qoymuşdum - yəqin ki, "Rudolf", amma ümumiyyətlə, hər kəsin öz mülklərində toyuq və hinduşkaların qaçması düzgündür...
Yeri gəlmişkən, Milonov əvvəllər qiyməti 500 milyon rubl olan mənzilləri alanları “axmaqlar” adlandırıb: “Allah sizi cəzalandıracaq”.
...Bu pul uşaqların ehtiyaclarına sərf edilməlidir.
P.S: Vitali Milonovun maral saxlaması öz işidir, amma maralına “Rudolf” adı qoymaq istəməsi heç də yaxşı iş deyil. Bu axı onun yaxın dostu Vladimir "Rudolf"oviç Solovyovun xətrinə dəyə bilər..?
Əli Babayev