EN

Rusiyada vəkilə hücum edildi - FOTO

BAKI, 21 sentyabr. TELEQRAF

Rusiyanın Krasnoqorsk məhkəməsində vəkilə hücum edilib.

Teleqraf Rusiya KİV-ə istinadən xəbər verir ki, məhkəmədə vəkil Əsəd Yusifova hücum olunub.

Vəkil bildirib ki, o, uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı iş aparır. İddiaçı ata görüşlərdə dəfələrlə aqressiv davranıb və ötən cümə məhkəmədə ona əl qaldırıb.

Zərbə nəticəsində Ə.Yusifovun üzü qanayıb. Məhkəmə icraçıları hadisəyə müdaxilə edə bilməyib və sadəcə ona üzünü yumağını məsləhət görüblər.

Həkimlər vəkilə sarsıntı diaqnozu qoyublar. Vəkil baş verənlərlə bağlı polisə müraciət edib.

Chosen
23
teleqraf.com

1Sources