EN

Telefonunuzdakı bu tətbiqləri dərhal silin şəxsi məlumatlarınız təhlükədədir

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zərərsiz kimi görünən bəzi tətbiqlər telefonun batareyasını sürətlə tükəndirir, cihazı ləngidir və şəxsi məlumatları təhlükə altına salır. Əgər bu tətbiqlər telefonunuzdadırsa, dərhal silməyiniz tövsiyə olunur.

Populyar olsa da, təhlükəsizlik boşluqları yaradan tətbiqlərin əsas problemlərindən biri yüksək enerji sərfiyyatıdır. Arxa planda daim işləyən bu proqramlar batareyanı tez boşaldır və telefonun sürətini aşağı salır. Mütəxəssislər istifadəçilərə tətbiq icazələrini tez-tez yoxlamağı və şübhəli proqramları silməyi məsləhət görürlər.

Bəzi tətbiqlərin istifadəçidən məkan, mikrofon və kamera kimi lazımsız icazələr istədiyi vurğulanır. Bu isə yalnız telefonun təhlükəsizliyini deyil, həm də bank məlumatları daxil olmaqla şəxsi məlumatların qorunmasını riskə atır. Mütəxəssislərə görə, məlumat oğurluğuna qarşı ən təsirli üsul etibarsız tətbiqləri dərhal silməkdir.

Silinməsi tövsiyə olunan tətbiqlər:

Fənər tətbiqləri: Telefonlarda artıq daxili fənər funksiyası var, əlavə tətbiqlər həm yer tutur, həm də məlumat toplaya bilər.

Telefon sürətləndirici / RAM təmizləyici tətbiqlər: Arxa planda işləyərək batareyanı sərf edir, sürətləndirmək əvəzinə ləngidir.

Saxta antivirus tətbiqləri: Təhlükəsizlik əvəzinə şəxsi məlumatlarınızı oğurlaya bilər.

Pulsuz VPN və proxy tətbiqləri: Etibarsız olanlar internet trafikinizi üçüncü şəxslərə sata bilər.

Klon oyun və tətbiqlər: Məşhur proqramların saxta nüsxələri zərərli proqramlar yükləyə bilər.

Telefonunuzu qorumaq üçün tövsiyələr:

Yalnız rəsmi mağazalardan (Google Play, App Store) tətbiq endirin.

Endirməzdən əvvəl istifadəçi rəylərinə və qiymətləndirmələrə baxın.

İstifadə etmədiyiniz tətbiqləri mütəmadi olaraq silin.

Telefonunuzun təhlükəsizlik və proqram yeniləmələrini vaxtında edin.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
5
news.milli.az

6Sources