EN

Putinin varisi axtarışa verildi

BAKI, 21 sentyabr. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya baş nazirinin müavini Dmitri Patruşevi axtarışda olanlar siyahısına salıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Patruşev iyulun 18-də axtarışa verilib.

İyulun 11-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiya baş nazirinin müavinini qiyabi olaraq bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq hərbi cinayətlər törətməkdə ittiham edib.

İttihama əsasən, Rusiyanın tərkibinə daxil olmuş ərazilərdən Ukrayna taxılının oğurlanmasını göstərilib.

Xatırladaq ki, siyasi elita pərdə arxasında Rusiya Prezidenti Vladimir Putinin varisi postuna mümkün namizədlər siyahısında Dmitri Patruşev (Nikolay Patruşevin oğlu) adı yer alıb.

Chosen
8
teleqraf.com

1Sources