Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
1941-ci il istehsalı olan nadir "Tatra T87" avtomobili Almaniyada hərraca çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bring a Trailer" hərracının vebsaytı məlumat yayıb.
Məlumata görə, bu sedan dövrünün ən qeyri-adi və innovativ avtomobillərindən biri hesab olunur. Belə ki, onun salonunda hava soyuducusu (kondisioner) da quraşdırılıb. Avtomobil hərracda 302 500 avroya satılıb.
Qeyd edək ki, "Tatra" markası ilk növbədə yük maşınları ilə tanınır. Lakin o, həm də lüks sinifli minik avtomobilləri istehsal edib.
"Tatra T87" sedanı 1936-1950-ci illərdə cəmi 3 056 ədəd nüsxə ilə istehsal edilib.
Avtomobil 3 litrlik V8 mühərriki ilə təchiz edilib. Qurğu 85 at gücü hasil edir və sedana 160 km/saat sürətə çatmağa imkan verir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.