EN

AzTV-nin keçmiş sədri dünyasını dəyişdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, AzTV-nin keçmiş sədri Məmməd Murad dünyasını dəyişib.

 

Senzor.az bildirir ki, bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.

 

Məlumatda deyilir: “Məmməd Murad televiziyaya sədrlik etdiyi dövrdə (1991-1992) neçə-neçə uğurlu layihələr həyata keçirməklə yanaşı, bir sıra reformalara da imza atmışdır.

 

AKİ adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

Allah rəhmət eləsin”.

Chosen
45
4
senzor.az

10Sources