EN

Braziliya Nyu-Yorkda keçirəcəyi konfransa ABŞ-ı dəvət etmədi

Braziliya BMT Baş Assambleyasının (GA) 80-ci sessiyası çərçivəsində İspaniya ilə birgə təşkil etdikləri demokratiya üzrə birgə konfransa ABŞ nümayəndələrini dəvət etməyiblər.

Musavat.com xəbər verir ki, məlumatı CNN Brasil yayıb.

Bildirilir ki, buna səbəb ABŞ-ın Baş Assambleyada iştirak edəcək Braziliya nümayəndə heyətinə məhdud vizaların verilməsidir.

İkinci ildir ki, Braziliya və İspaniya birlikdə BMT-nin Nyu-Yorkda keçirilən sessiyası zamanı “Demokratiyanın müdafiəsində və ekstremizmə qarşı” forumunu təşkil edir. 2024-cü ildə ABŞ prezidenti Co Baydenin administrasiyasına konfransa dəvət göndərilib və Dövlət Departamentinin rəsmisi tədbirdə iştirak edib.

Braziliya rəsmisi CNN Brasil-ə müsahibəsində bu il ABŞ-ı dəvət etməkdən imtina etməsini Tramp administrasiyasının “Braziliyada demokratiya və seçkiləri şübhə altına alması” ilə izah edib. CNN Brasil-in məlumatına görə, konfransa dəvətlər digərləri ilə yanaşı Kolumbiya, Meksika, Çili, Keniya, Almaniya, Fransa və Kanadaya da göndərilib. Tədbirdə həmçinin BMT-nin baş katibi Antonio Quterreşin iştirakı gözlənilir.

Musavat.com

Chosen
9
musavat.com

1Sources