EN

Tramp BMT Baş Assambleyasında 20 ölkə lideri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 20 xarici ölkə lideri ilə görüşməyi planlaşdırır.

Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Mən çoxlu liderlərlə görüşəcəyəm, yəqin ki, 20 nəfər. Hamı görüşmək istəyir, bəziləri ilə görüşəcəyik”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, sentyabrın 23-dən 27-dək keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ümumi siyasət müzakirələri aparılacaq. Bu müddət ərzində 195 nümayəndə heyətinin çıxış edəcəyi gözlənilir.

MənbəTREND
Chosen
19
5
banker.az

6Sources