EN

Adanada tullantıların təkrar emalı zavodunda güclü yanğın başlayıb

Türkiyənin Adana şəhərində yerləşən tullantıların təkrar emalı zavodunda yanğın başlayıb. 

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, vilayətin Seyhan rayonunun Küçükdikili məhəlləsində yerləşən təkrar emal zavodunda başlayan yanğından dərhal sonra hadisə yerinə çox sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Yanğın səbəbindən şəhərin səması qara dumana bürünüb. Yanğının hansı səbəbdən başlaması barədə məlumat verilməyib.

Chosen
17
2
ikisahil.az

4Sources