EN

Dünya çempionatında ilk qızıl medal

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Azərbaycanın yunan-Roma güləşçilərindən Ülvü Qənizadə (72 kq) yarımfinalda özbəkistanlı Abdulla Aliyevi 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib. O, həlledici qarşılaşmada fransalı İbrahim Qanemdən üstün olub– 4:2. Beləliklə, mundialda güləş yığmamız ilk qızıl medalını qazanıb.

Həsrət Cəfərov (67 kq) yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevə 3:1 hesabıyla qalib gələrək dünya çempionatının finalına yüksəlib. Həsrət bu gün final görüşünə çıxacaq.

İslam Abbasov (87 kiloqram) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabı ilə məğlub olub.

Murad Əhmədiyev (97 kg) 1/4 finalda ermənistanlı olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb. Titullu rəqibinə “tuş”la qalib gələn Murad yarımfinalda rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub. Bürünc medal uğrunda döyüşdə macarıstanlı idmançıya qalib gələn Murad dünya üçüncüsü olub.

Qabil YUSİFOĞLU
XQ

Chosen
5
1
xalqqazeti.az

2Sources