EN

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin yarışından sonra iki pilot cəzalandırılıb

Yazını böyüt
Yazını kiçilt

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilot cəzalandırılıb.

Bu barədə "Formula 2"nin rəsmi saytı məlumat yayıb.

"Trident"dən Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Kuş Maini ("Dams Lukas Oil") isə Amauri Kordellə ("Rodin Motorsport") toqquşmaya görə məsuliyyətli bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, "Formula 2"də əsas yarışa bu gün saat 11:00-da start veriləcək.

Chosen
21
24
hafta.az

10Sources