EN

Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu

Rusiya Silahlı Qüvvələrinin Leninqrad hərbi dairəsinin keçmiş komandanı, Quru Qoşunlarının keçmiş Baş Qərargah rəisi və “Mərkəz ” ordu qrupunun keçmiş komandanı, general-polkovnik Aleksandr Lapin Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun köməkçisi təyin olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezıqar” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Lapin Rusiyanın Ukraynada apardığı müharibədə iştirak edənlər və onların ailələrinə dəstək verəcək, həmçinin müqaviləli hərbi xidmət üçün qeydiyyatdan keçənlərlə aparılan işlərə cavabdeh olacaq.

Qeyd edək ki, Lapin səhhəti ilə bağlı bu ilin avqustundan ordudan təxris olunmuşdu. General Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun ən yaxzın adamlarından biridir.

Chosen
24
4
konkret.az

5Sources