EN

206 saylı marşrut xətti sərnişinləri bezdirib

206

Bakıda 206 saylı marşrut xətti sərnişinləri bezdirib – Avtobuslar yararsız, intervallar uzun. Lökbatan sakinləri 206 nömrəli avtobus marşrutundan narazıdırUlusum.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri Oxu.az vasitəsilə 206 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusların bərbad və istismara yararsız vəziyyətdə olmasından narazılıqlarını bildiriblər. Sərnişinlərin sözlərinə görə, bu xətt üzrə işləyən avtobusların əksəriyyəti texniki və sanitar baxımdan tələblərə cavab vermir.Tavanlarda deşiklər var, yağışlı havalarda içəri su tökülür. Oturacaqlar köhnəlib, bəzilərində ümumiyyətlə oturacaq yoxdur. Şüşələr çirkli olduğundan içəridən çöl görünmür. Bəzən sərnişinlər dayanacaqda 40-50 dəqiqə gözləməli olurlar. Gələn avtobuslar isə çox dolu olduğundan minmək müşkülə çevrilir. AYNA bildirib ki, xəttin daşıyıcısı ilə müqavilə müddəti başa çatıb və marşrut müsabiqəyə çıxarılıb. Lakin iştirakçı olmadığından xətt müvəqqəti olaraq əvvəlki daşıyıcının istifadəsində saxlanılıb.My WebpageUlusum.az

Diqqət Çəkənlər

Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib

Şəmistan Nəzirli vəfat edib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Chosen
7
ulusum.az

1Sources