EN

Azərbaycan Qran Prisinin qalibi bu gün bilinəcək

"Formula 1" üzrə Azərbaycan Qran Prisi bu gün başa çatacaq.

XQ xəbər verir ki, əsas yarış saat 15:00-da başlayacaq.

Xatırladaq ki, dünən sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.

Bu gün "Formula 2"də də mübarizəyə yekun vurulacaq.

XQ

 

Chosen
26
8
xalqqazeti.az

10Sources