EN

Yatmaq üçün optimal vaxt məlum oldu

Diyetoloq və uzunömürlülük üzrə ekspert Melanie Murphy Richter yuxunun sağlamlıq və uzunömürlülük üçün əsas amillərdən biri olduğunu vurğulayıb.

E-saglam.az xəbər verir ki, "HuffPost"a verdiyi müsahibədə o, yuxuya getmək üçün optimal vaxtı açıqlayıb.

Rixterin fikrincə, yuxunun müddəti vacib olmaqla yanaşı, yuxuya getdiyiniz vaxt da önəmlidir. O, səhər saatlarında oyanmağı və axşam saat 22:00-dan gecə yarısına qədər yatmağı tövsiyə edir. Bu, sirkadiyalı ritmləri qoruyur, hormonal balansı saxlayır və hüceyrə təmiri proseslərini dəstəkləyir.

Bununla belə, diyetoloq qeyd edib ki, hər kəs üçün eyni cədvəl məcburi deyil. Ən vacibi, fərdi sirkadiyalı ritminizə uyğun gələn və ardıcıl olaraq riayət edilən yuxu rejimidir. Merfi xəbərdarlıq edir ki, hətta həftə sonları yuxu saatlarını pozmaq bədənin təbii ritmini poza və sağlamlığa zərər verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
2
e-saglam.az

1Sources