EN

Şəkidə “Bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi” yarışı keçirilir - FOTO

20 və 21 sentyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində "Bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi" yarışı keçirilir.

Trend xəbər verir ki, yarış III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır.

Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 13 klubdan 130 gimnast iştirak edir. Gimnastlar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləri proqramlarında halqa, top, lent, gürzlərlə çıxış edirlər.

Yarışın birinci günündə balacalar yaş kateqoriyası üzrə gimnastlar alətsiz, halqa və gürzlər proqramı üzrə çıxışlarını sərgiləyiblər. 2017-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri "Ocaq Sport" Klubundan Leyli Qayıblı, ikinci yeri Su İdman Sarayından Miray Həsənəliyeva, üçüncü yeri isə Sumqayıt OİK-dən Nuray Dolçayeva əldə edib.

2016-cı il təvəllüdlü gimnastlar arasında "Ocaq Sport" Klubundan Zeynəb İsmayılova qızıl, Suel Kasımova gümüş, Aylin Gözəlova isə bürünc medalın sahibi olub.

2015-ci il təvəllüdlü gimnastlar arasında "Ocaq Sport" Klubundan Mira Özel qızıl, Su İdman Sarayından Aminə Sadıxova gümüş, "Ocaq Sport" Klubundan Nilay Pünhanlı bürünc medalın sahibi oldu.

Balacalardan ibarət qrup hərəkətləri komandaları arasında alətsiz proqram üzrə qızıl və gümüş medalı "Ocaq Sport"Klubunun gimnastları, bürünc medalı isə Abşeron OİK qazanıb. Çoxnövçülük və 5 ip proqramı üzrə "Ocaq Sport" Klubu ilk üçlüyün sahibi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
21
11
milli.az

10Sources