EN

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdəqısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyigündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qaryağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabirduman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 17-21° isti,dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.

Chosen
22
49
az.trend.az

10Sources