EN

Macid Əbu Salmiya öldürüldü

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza şəhərində radikal HƏMAS hərəkatının hərbi qanadına məxsus snayperin zərərsizləşdirilməsi məqsədilə hava zərbəsi endirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.

"Qəzza şəhərində İsrail Müdafiə Qüvvələri zərbə endirərək HƏMAS-ın hərbi qanadına məxsus terrorçu Macid Əbu Salmiyanı məhv edib. O, HƏMAS snayperi idi və Qəzza şəhəri ətrafında İsrail əsgərlərinə hücum etməyə hazırlaşırdı", – deyə bəyanatda qeyd olunub.

Chosen
10
publika.az

1Sources