EN

Atasından sonra özü də bədbəxt hadisə nəticəsində öldü

Biləsuvarda bu gün ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb.

Belə ki, 33 yaşlı gənc fermer motosikletlə tarladan çıxıb yolun əks istiqamətinə geçərkən onu “Mercedes” markalı minik avtomobili vurub, daha sonra zərbənin təsirindən motosiklet əks istiqamətdə gələn “Qazel”ə  çırıpılıb. Motosikletin sürücüsü, Biləsuvar şəhər sakini Tamerlan Zakir oğlu Tağıyev xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, T.Tağıyevin atası 2023-cü yanvarında ovda olarkən ehtiyatsızlıqdan ov gülləsinin qırmasından aldığı xəsarət nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
23
10
cebheinfo.az

10Sources