EN

Diyetoloq istənilən qida əlavəsini əvəz edə biləcək sadə məhsulu açıqlayıb

Britaniyalı diyetoloq Tim Spektor insanları bağırsaq və immunitet sağlamlığı üçün hər gün fermentləşdirilmiş qidalar yeməyə çağırıb.

E-saglam.az xəbər verir ki, o, Daily Mirror-a açıqlamasında bildirib ki, turşu kələm, duzlu xiyar və digər qıcqırdılmış məhsullar tərkibindəki faydalı maddələr sayəsində istənilən qida əlavəsini əvəz edə bilər.

Mütəxəssisin sözlərinə görə, bu əlçatan qidalar immuniteti gücləndirir, infeksiyaların yayılmasının qarşısını alır, qocalmanı ləngidir və hətta psixi sağlamlığa müsbət təsir göstərir.

“Bədənimiz fermentləşdirilmiş qidaları qəbul etməyə uyğunlaşıb, amma zamanla biz bunu unutduq. İndi isə yenidən onlara qayıdırıq”, – deyə Spektor qeyd edib.

O, xüsusilə kimçi, duzlu kələm və turşu sarımsağın ən əlverişli və faydalı fermentləşdirilmiş qidalar olduğunu vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
2
e-saglam.az

1Sources