1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mançester Yunayted" komandasının yarımmüdafiəçisi Kazemiro İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində "Çelsi" ilə görüşdə unikal nailiyyətə imza atıb.
Oxu.Az-ın "Opta Sport"a istinadən verdiyi xəbərə görə, braziliyalı Premyer Liqa matçının birinci hissəsində qol vuran və qırmızı vərəqə alan ilk oyunçu kimi klubun tarixinə düşüb.
Belə ki, Kazemiro 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb, 37-ci dəqiqədə rəqib qapısından qol keçirib, birinci hissəyə əlavə edilmiş dəqiqələrdə isə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Xatırladaq ki, matç "Mançester Yunayted"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.