EN

Çexiya dronlardan müdafiə üzrə koordinasiya qrupu yaradır

Praqa, 21 sentyabr, AZƏRTAC

Çexiya hökuməti Dövlət Təhlükəsizlik Şurasında ölkənin pilotsuz uçuş aparatlarının hücumlarından müdafiəsi ilə məşğul olacaq yeni koordinasiya qrupunun yaradıldığını elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Petr Fiala məlumat verib. Onun sözlərinə görə, qrupun əsas vəzifəsi dron texnologiyasının inkişafının monitorinqi və potensial təhdidlərə, xüsusən də Rusiya pilotsuz uçuş aparatlarının yaratdığı təhlükələrə cavabların hazırlanması olacaq. Qrupun tərkibinə Müdafiə, Daxili İşlər, Nəqliyyat nazirliklərinin nümayəndələri, hərbi və polis ekspertləri daxil olacaq.

Müdafiə naziri Yana Çernoxova vurğulayıb ki, Çexiya təkcə dron əleyhinə müdafiə deyil, həm də daha genişmiqyaslı və çoxqatlı hava hücumundan müdafiə sistemi yaratmağa çalışır. Bu strategiya çərçivəsində ölkədə müxtəlif tipli bir neçə yüz pilotsuz uçuş aparatının alınması üçün tender də yekunlaşır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Chosen
20
3
azertag.az

4Sources