EN

Məşhur müğənninin maşınından meyit tapıldı Foto

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerikalı məşhur müğənni Devid Entoni Berkin avtomobilindən meyit tapılıb.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb. 

Sentyabrın 8-də Los-Ancelesdə yerləşən cərimə meydançasında park edilmiş avtomobildən gələn pis qoxu ilə bağlı polisə məlumat verilib. Araşdırma zamanı Devidin adına qeydiyyatda olan "Tesla" markalı avtomobilin ön baqajında çantaya qoyulmuş insan cəsədi aşkarlanıb.

Ekspertiza nəticəsində meyitin 5 aprel 2024-cü ildə Kaliforniyanın Leyk-Elsinor şəhərində itkin düşmüş Səlest Rivas adlı qadına aid olduğu təsdiqlənib.

Müğənni hazırda hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edir, lakin onun bu hadisədəki rolu hələlik araşdırılır.

Bu hadisədən sonra onun ABŞ üzrə “Withered” adlı turunun qalan bütün konsertləri ləğv edilib, "Crocs" və "Hollister" brendləri müğənni ilə əməkdaşlığı dayandırıb.

Qeyd edək ki, Devid “Here With Me” və “Romantic Homicide” kimi hitləri ilə tanınır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
3
axsam.az

4Sources