EN

Rusiya müharibədə hər həftə bu qədər itki verir – Trampdan şok rəqəm

ABŞ Prezidenti Donald Tramp yenidən Rusiya Prezidenti Vladimir Putinlə bağlı “məyusluq” yaşadığını bildirib.

Turkustan.az xəbər verir ki, o, Ukraynadakı müharibəni “avtomatik şəkildə” dayandırmaq üçün neftin qiymətini aşağı salmağa söz verib.

“Mən hər şeyi etdim. Biz qazma işləri aparacağıq. Bu sahədə çox ciddi işləyirdik. İndi isə iki dəfə artıq edirik. Biz, həqiqətən də, qiymətləri aşağı salırıq. Və istəyirik ki, bu, Rusiya ilə Ukrayna arasındakı müharibəni avtomatik şəkildə dayandırsın. Əgər qiymətlər bir az da aşağı düşsə, müharibə dayanacaq.

Prezident Putin məni çox məyus edib. Amma bilirsiniz, onlar uduzurlar, hər həftə 5000 nəfər və daha çox adam öldürülür”, – deyə ABŞ Prezidenti bildirib. /globalinfo.az/

Chosen
9
1
turkustan.az

2Sources