EN

Xabi Alonso Realın sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real" klubunun baş məşqçisi Xabi Alonso Madrid klubunun sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb.

Bakıvaxtı.az "Opta Sport"a istinadən xəbər verir ki, komanda mütəxəssisin rəhbərliyi altında La Liqada ilk beş matçında qələbə qazanıb.

Bununla da X.Alonso Xose Kirante və Vanderley Luşemburqonun nailiyyətini təkrarlayıb. Kirantenin rəhbərliyi altında "Real" 1928/1929 mövsümündə ilk beş matçı qələbə ilə başa vurub. Luşemburqo isə bunu 2004/2005 mövsümündə reallaşdırıb.

Qeyd edək ki, Madrid təmsilçisi hazırda 15 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
8
bakivaxti.az

9Sources