EN

Biləsuvarda sürücü qəfil ürək tutmasından dünyasını dəyişib

Biləsuvar, 21 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Biləsuvarda sürücü qəfil ürək tutmasından dünyasını dəyişib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Mirzəyev Mirzə Xıdır oğlu idarə etdiyi minik avtomobilində hərəkətdə olarkən qəfil halı pisləşib. Nəticədə avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerində dünyasını dəyişən sürücünün ilkin ehtimallara görə ürək tutmasından vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
15
2
azertag.az

2Sources