Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Anbaan kameraya düşən görüntülərdə ana və iki uşağının piyada keçidi olmayan yerdə yolu keçərkən avtomobil tərəfindən vurulduğu görünür.
İlkin məlumata görə, sürücü piyada ailəni yolun kənarında dayanmış qara avtomobilə görə görməyib və qəza baş verib.
Qəza nəticəsində 48 yaşlı qadın və onun 8 və 10 yaşlı övladları xəsarət alıblar. Onlar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Həkimlərin verdiyi məlumata əsasən, hər üçünün vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə anına aid anbaan video görüntüləri təqdim edirik: