EN

Delphi-2M - Həkimlərə minlərlə xəstəliyin riskini öncədən göstərən yeni model

BAKI, TurkicWorld, Fərid Mikayılov

Avropadakı tədqiqatçılar bir şəxsin sağlamlıq tarixçəsinə əsaslanaraq minlərlə xəstəliyin riskini illər öncədən təxmin edə bilən yeni süni intellekt modeli yaradıb.

Araşdırmaya görə, Delphi-2M adlı bu sistem İngiltərənin yarım milyon iştirakçıya dair biomedikal məlumatlarını əhatə edən UK Biobank bazasında hazırlanıb.

Modelin əsası “transformer” memarlığına əsaslanır — bu texnologiya həm də ChatGPT-nin təməlini təşkil edir.

“Tibbi diaqnoz ardıcıllıqlarını anlamaq, mətndəki qrammatik qaydaları öyrənməyə bənzəyir. Delphi-2M, hansı diaqnozların birlikdə və hansı ardıcıllıqla ortaya çıxdığını öyrənir”- deyə Almaniya Xərçəng Araşdırma Mərkəzindən Moritz Gerstung bildirib.

Araşdırmalar göstərib ki, model xüsusilə infarkt kimi xəstəliklərdə risk səviyyəsini yaş və klassik göstəricilərin fövqündə müəyyən edə bilir. Tədqiqatçılar sistemi əlavə olaraq Danimarkanın iki milyon nəfəri əhatə edən dövlət səhiyyə məlumatları üzərində də sınaqdan keçirərək nəticələri təsdiqləyiblər.

Mütəxəssislər bu texnologiyanın ümidverici nəticələr göstərsə də, hələ klinik istifadəyə hazır olmadığını bildirirlər. İngilis tədqiqatçı Piter Bannister məlumat bazalarının yaş, etnik mənsubiyyət və mövcud sağlamlıq göstəricilərinə görə qərəzli ola biləcəyinə diqqət çəkib.

Buna baxmayaraq, alimlər hesab edir ki, gələcəkdə bu tip sistemlər səhiyyədə inqilabi dəyişikliklərə yol aça bilər. Belə alqoritmlər sayəsində:

  • xəstələr daha yaxından izlənə biləcək,
  • profilaktik tədbirlər vaxtında görüləcək,
  • səhiyyə sistemlərində resurslardan daha səmərəli istifadə ediləcək.
  • Minlərlə xəstəliyi eyni anda təhlil edir

Hazırkı proqram təminatları adətən yalnız ürək tutması və ya insult kimi tək bir xəstəlik üzrə risk analizi apara bilir. Delphi-2M isə eyni vaxtda 1000-dən çox xəstəliyin uzunmüddətli riskini təxmin etmək imkanına malikdir.a

Chosen
11
turkic.world

1Sources