Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Çelsi" İngiltərə Premyer Liqası tarixində qeyri-adi göstərici ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, londonlular şənbə günü "Mançester Yunayted"lə görüşdə erkən üç əvəzetmə reallaşdırmalı olub.
Baş məşqçi Entso Mareska qapıçı Robert Sançesin 5-ci dəqiqədə meydandan qovulmasından dərhal sonra dəyişiklik etmək qərarına gəlib. O, üç hücum oyunçusunu - Estevao, Koul Palmer və Pedru Netunu ehtiyata göndərib. Bütün bu əvəzetmələr 6-21-ci dəqiqələr aralığında baş verib. Əvvəlcə Estevao və Netu, ardınca isə Palmer meydanı tərk edib.
"Opta"nın məlumatına görə, bu, Premyer Liqa tarixinə ən sürətli üç əvəzetmə kimi düşüb.
Yekunda "Çelsi" 1:2 hesabı ilə məğlub olub.
Mirağa
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.