EN

"Kəpəz"lə matç "Qəbələ"nin futbolçusu üçün əlamətdar oldu

BAKI, 21 sentyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının V turunda "Kəpəz"lə matç "Qəbələ"nin futbolçusu Ziya Şəkərxanov üçün əlamətdar olub.

Bölgə təmsilçisinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, "Qəbələ" akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu Premyer Liqada debütünü rəsmiləşdirib.

Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 4-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov və Süleyman Damadayev də elitada ilk oyunlarını keçiriblər.

Chosen
24
2
teleqraf.com

3Sources