EN

Messinin ailə dostu, dəbdəbəli həyatı, sağa-sola səpələdiyi milyonları – Adnan Əhmədzadə KİMDİR?


Hamıya məlum olduğu kimi, “Caspian Logistics Solutions” şirkətinin rəhbəri, SOCAR-ın keçmiş top-meneceri Adnan Əhmədzadə Bakıda saxlanılıb və onun barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Öncə, A. Əhmədzadəni üzdə olan tərcümeyi-halına nəzər salmaqla tanımağa çalışaq.

Bəs kimdir bu A.Əhmədzadə? Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. O, 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb. 2005-2006-cı illərdə “Azərtrans” MMC-nin baş direktoru, 2006-2019-cu illərdə isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

A.Əhmədzadə 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib. 2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir. 2023-cü ildən isə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir. Ailəlidir, dörd övladı var.

Son aylar daha çox son dərəcə ifrat dərəcədə dəbdəbəli həyatı, dünya futbol ulduzlarını fantastik rəqəmlərlə Azərbaycana gətirməsi ilə məşhurlaşan bu adama qarşı ciddi ittihamlar irəli sürülür. Bu şəxsin son dərəcə bahalı avtomobil kolleksiyası, dünya məşhurları ilə yanaşı aldığı malikanələr zaman-zaman medianın gündəmində olub. L.Messiyə bir neçə ay bundan öncə bağışladığı bahalı 150 min dollarlıq qiymətli saat da müzakirə mövzusu olmuşdu. Bu adam necə, hansı yollarla bu qədər sərvət sahibi ola bilərdi ki? Axı 1998-ci ildən SOCAR-da ekspert kimi işə başlayan, ən sonda şirkətin vitse-prezidentinin müavini olan bir şəxs bu sərvət “dəryasına” necə düşə bilərdi? Zaman-zaman mediada onun adı qaranlıq əməllərdə hallanır, nüft sektoru üçün arzuolunmaz şəxs kimi xarakterizə edilirdi.

Bir məqama xüsusilə diqqət yetirək. Belə ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.

Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib. Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Əlbəttdə bütün bu qaranlıq məqamlara, A.Əhmədzadənin “qaranlıq tun eldəki” fəaliyyətinə məhkəmə aydınlıq gətirəcək. Onun kimlərlə əlbir şəkildə fəaliyyət göstərdiyi, sağa-sola səpələdiyi milyonları “hansı xırmanlardan topladığı” gün üzünə çıxacaq.

Mətləb

Chosen
9
baki-xeber.com

1Sources