EN

Şimali Koreya hərbi parad keçirəcək

Şimali Koreya hakim partiyanın 80 illiyi münasibətilə böyük hərbi parad hazırlayır. SİA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, tədbir oktyabr ayında keçiriləcək. Çin sədri Si Cinpin də tədbirdə iştirak etmək üçün Pxenyana səfər edəcəyi ehtimal olunur. Məlumatda qeyd olunur ki, tədbirə yüksək vəzifəli xarici qonaqlar da dəvət olunub.

Qeyd edək ki, Şimali Koreya hakim partiyanın yaranma tarixini hər il 10 oktyabrda qeyd edir, lakin iri hərbi paradlar əsasən 5 və 10 illik yubileylərə təsadüf edir. Sonuncu böyük parad 2023-cü ilin sentyabrında, ölkənin 75 illiyi münasibətilə keçirilmişdi.

Chosen
12
4
sia.az

5Sources