EN

"Zirə"nin tarixində 500-cü qol

style='margin-bottom:10px;'>

“Zirə” 500-cü qolunu vurub. Klub tarixinin yubiley qolu Misli Premyer Liqasının 5-ci turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior “Zirə”nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.

Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komandamız neytral meydanlarda 2 dəfə sevinib.

Qeyd edək ki, 2014-cü ildə yaranan klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.

Chosen
1
10
teleqraf.com

10Sources