EN

Rusiyada kilsə ali təhsilə QARŞI ÇIXDI - ŞOK VİDEO

Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi ölkədəki bir çox problemlərin səbəbini ali təhsildə gördüyünü bəyan edib.

Musavat.com xəbər verir ki, Rusiyada fəaliyyət göstərən bir məbədin ruhani rəhbəri maarifçiliyin “dinsizliyi yaydığını” iddia edib. Onun sözlərinə görə, insan ağlı bəşəriyyət üçün xilas yolu deyil, əksinə, insanların məhv olmasının əsas mənbəyinə çevrilib.

Ruhani xüsusilə elm adamlarını hədəf alaraq bildirib ki, “bütün bəlalar məhz savadlılardan gəlib – Çarlz Darvin və digər ‘bioloq-boşboğazlar’ kimi”.

Bu açıqlama Rusiyada təhsilin və elmi yanaşmanın əhəmiyyətini inkar edən mövqelərə nümunə kimi dəyərləndirilir və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Musavat.com

 
 
 
Chosen
2
musavat.com

1Sources