EN

Netanyahu: Suriya ilə danışıqlarda “müəyyən irəliləyiş” var

BAKI, 21 sentyabr. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın yeni rəhbərliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyiş olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı baş nazirin ofisi yayıb.

Netanyahu həftəlik hökumət iclasında çıxış edərək deyib:

“Livanda '"Hizbullah" üzərində qazandığımız qələbə bizə heç xəyal etmədiyimiz imkanlar açdı, o cümlədən şimal qonşularımızla sülh imkanı əldə etdik. Biz suriyalılarla danışıqlar aparırıq və müəyyən irəliləyiş var”.

Chosen
22
3
teleqraf.com

4Sources