EN

Maks Ferstappen Bakıdakı qələbəsi haqda: "İnanılmaz oldu"

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" pilotu Maks Ferstappen yarışla bağlı fikirlərini bölüşüb.

İdman.biz "Report"a istinadən xəbər verir ki, niderlandlı pilot mübarizə aparmağın asan olmadığını bildirib.

O, son mərhələlərin komandası üçün möhtəşəm alındığını vurğulayıb: "Bu, 2023-cü ildəki yarışa bənzəyirdi. Amma bu həftəsonu bizim üçün inanılmaz oldu. Qalib gəlmək sadəcə möhtəşəmdir. Bolidim bu gün çox yaxşı idi".

Qeyd edək ki, Ferstappen 2022-ci ildə də Azərbaycan Qran-prisində treki birinci pillədə başa vurub.

İdman.biz

Chosen
5
2
idman.biz

6Sources