BAKI, 21 sentyabr. TELEQRAF
"Red Bull"un pilotu Maks Verstappen Azərbaycan Qran-Prisini qazandıqdan sonra "Böyük Dəbilqə" saylarında "Ferrari"ni təmsil edən Lüis Hemiltona (Ferrari) çatıb.
Teleqraf xəbər verir ki, Bakıdakı yarışda karyerasının 6-cı "Böyük Dəbilqə" titulunu əldə edən niderlandlı sürücü bu bu göstəricidə yalnız əfsanəvi Cim Klarkdan geri qalır.
Klarkın karyerası boyunca 8 dəfə bu titula sahiblənib.
Qeyd edək ki, "Böyük Dəbilqə"ni qazanmaq üçün pilot düzülüşdə birinci olmalı, hər dövrənin sonunda yürüşə başçılıq etməli, ən sürətli dövrə vaxtını təyin etməli və finişə hamıdan qabaq çatmalıdır.