EN

Pezeşkian sentyabrın 23 də ABŞ yə gedəcək

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-cı sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka uçacaq.

"Report"un məlumatına görə, bu barədə İslam Respublikasının Prezidenti administrasiyasının siyasi məsələlər üzrə müavini Mehdi Sanayi bildirib.

"Prezident 23 sentyabr, çərşənbə axşamı Nyu-Yorka yola düşəcək və çərşənbə günü səhər Birləşmiş Millətlər Təşkilatında çıxış edəcək", - o, "X" sosial şəbəkəsində yazıb.

Sanayinin sözlərinə görə, Pezeşkianın digər dövlət başçıları və BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüşləri də planlaşdırılır.

BMT Baş Assambleyası sessiyasında yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr 23-27 sentyabr, həmçinin 29 sentyabr tarixlərində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
9
azpolitika.info

10Sources