EN

NYT: Ukraynanın uğurları Rusiya üçün danışıqlarda problem yaradır

BAKI, 21 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Sum vilayətində yay ərzində bir sıra kəndləri rus qoşunlarından azad etməsi, Rusiyanın sülh danışıqlarındakı üstünlüyünü zəiflədib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Bildirilib ki, xüsusilə Kindratovka kəndinin azad olunması Ukraynaya Moskvanın “Kiyev rus hücumunu dayandıra bilmir” düşüncəsinə qarşı müqavimət göstərmək imkanı verib. Ərazidə rusların hücumu uğursuz olub və Rusiya əsas qüvvələrini Donbasa köçürüb.

"NYT" qeyd edir ki, əvvəllər Moskva Sum vilayətinin ələ keçirilmiş hissələrini Donbasa aid digər ərazilərlə dəyişməyi təklif etmişdi və ABŞ Prezidenti Donald Tramp bu ideyanı dəstəkləmişdi. Lakin Ukraynanın uğurları Rusiyanın danışıqdakı mövqeyini zəiflədib.

Eyni zamanda, döyüşlər kəndlərin tam dağıdılmasına səbəb olub. Azad edilmiş Kindratovka kəndi də tamamilə dağıdılıb. Sum sakini Natalya Biletkçenko bildirib ki, kəndin azad olunmasına seviniblər, amma evsiz qalıblar.

Chosen
9
1
teleqraf.com

2Sources